Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
  • Clock-gray 02:21
  • calendar-gray 22 Noyabr 2020

Bakının Binəqədi və Sabunçu rayonlarında yol-nəqliyyatı hadisələri baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Muradova Tahirə Yalın qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Digər bir hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Səlimov Alim Bünyat oğlu yol kənarında dayanarkən onu avtomobil vurub. 

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Nurlan Əli

Digər xəbərlər