Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 24 dekabr 2020 05:08 (UTC +04:00)

Paytaxtın Nizami və Xətai rayonlarında yol-nəqliyyatı hadisələri zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, Qara Qarayev prospektində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Belə ki, 1959-cu il təvəllüdlü Zeynallı Kamran İsa oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Digər piyada vurulması ilə nəticələnən yol qəzası Ukrayna dairəsinin yaxınlığında qeydə alınıb.

1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR