Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 25 dekabr 2020 04:54 (UTC +04:00)

Bakının Sabunçu və Suraxanı rayonlarında xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ramana qəsəbəsində paytaxt sakinini avtomobil vurub. 1986-cı il təvəllüdlü Süleymanov Araz Paşa oğlu yolu keçərkən minik avtomobilinin zərbəsi ilə üzləşib. Yaralı xəstəxanaya yerləşdirilib.

Digər piyada vurulması ilə nəticələnən yol qəzası Günəşli qəsəbəsində qeydə alınıb. 1952-ci il təvəllüdlü Abbasova Tamara Salman qızı yolun əks tərəfinə keçərkən onu mikroavtobus vurub. Yaralı çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Sabunçu və Suraxanı Rayon Polis İdarələrində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR