Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 06 yanvar 2021 04:11 (UTC +04:00)

Paytaxtın Nərimanov və Nizami rayonlarında iki yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, İzəddin Həsənoğlu küçəsində qeydə alınmış yol qəzasında 1945-ci il təvəllüdlü Tavedkino Lidya Yevgeniyevna yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Digər oxşar hadisə Nizami rayonunda qeydə alınıb. Məmmədəli Şərifli küçəsində yolu keçmək istəyən 16 yaşlı Məhərrəm Məhərrəmlini minik avtomobili vurub.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR