Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 10 mart 2021 03:37 (UTC +04:00)

Bakının Nərimanov və Sabunçu rayonlarında yol qəzaları zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Nərimanov rayonunda Baksol kimi tanınan ərazidə baş verib.

1962-ci il təvəllüdlü Əliyev İlqar Şirzad oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Digər bir yol-nəqliyyatı hadisəsi isə Bakıxanov qəsəbəsində baş verib.

1968-ci il təvəllüdlü Nağıyeva Kəmalə Kamal qızı yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR