Bakıda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır
# 02 yanvar 2020 10:21 (UTC +04:00)

Bakıda iki nəfərə bıçaqlamaqda təqsirləndirilən Nurlan Abdullazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il martında Nəsimi rayonunda "Qış Parkı" kimi tanınan ərazidə baş verib. Kütləvi davada 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu və 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğlu bıçaqlanıb.

İlkin məlumata görə, dava qız üstündə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR