Bakıda iki nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün məhkəməsi başlayır

Bakıda iki nəfərin ölümünə səbəb olan avtobus sürücüsünün məhkəməsi başlayır
# 01 iyun 2020 09:20 (UTC +04:00)

Bakıda iki nəfərinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən İsmayıl Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayında Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini İ.Əhmədov idarə etdiyi “Mercedes-903” markalı mikroavtobusu aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Hacıqabul rayon sakinləri Fikrət Vəliyev hadisə yerində, Vahid Nəcəfov xəstəxanaya aparılarkən yolda ölüb, daha iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR