Bakıda iki piyadanı avtomobil vurub

Bakıda iki piyadanı avtomobil vurub
# 07 yanvar 2021 06:26 (UTC +04:00)

Paytaxtın Xətai və Nərimanov rayonlarında yol-nəqliyyatı hadisələri baş verib.

APA-nın xəbərinə görə, Xətai rayonu, Qaçaq Nəbi küçəsində piyada yol keçərkən onu avtomobil vurub.

1961-ci il təvəllüdlü Xıdırova Fəridə Yaşar qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Oxşar hadisə Nərimanov rayonunda da baş verib. Ziya Bünyadov prospektində yerüstü piyada körpüsünün altından keçən 1962-ci il təvəllüdlü Heydərli Elxan Yaqub oğlunu minik avtomobili vurub.

Yaralıları xəstəxanaya yerləşdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR