Bakıda iki qadın avtomobildə döyülərək yola atılıb

Bakıda iki qadın avtomobildə döyülərək yola atılıb
# 17 mart 2021 06:00 (UTC +04:00)

Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.

APA xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb. Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR