Bakıda iki yük avtomobili toqquşub, sürücülərdən biri ölüb

Bakıda iki yük avtomobili toqquşub, sürücülərdən biri ölüb
# 01 dekabr 2020 08:58 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol nəqliyyat-hadisəsi baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtoqəza zamanı “Isuzu” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR