Rəsm qalereyasında baş verən yanğın söndürülüb - FOTO

Rəsm qalereyasında baş verən yanğın söndürülüb - FOTO
# 26 fevral 2021 00:32 (UTC +04:00)

Bakının Səbail rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb.

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib.

Alov söndürülüb və soyutma işləri aparılır.

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.

***

23:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR