Bakıda inşaat qarovulçusu lift şaxtasına düşərək ölüb

Bakıda inşaat qarovulçusu lift şaxtasına düşərək ölüb
  • Clock-gray 09:58
  • calendar-gray 03 Dekabr 2019

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə dünən Binəqədi rayonu ərazisində qeydə alınıb. Tikinti şirkətlərindən birinə məxsus Naxçıvani küçəsi, 103 ünvanında yerləşən “Naxçivan Recidence” binasında qarovulçu işləyən Qurbanov Canpolad Xəlil oğlu lift şaxtasına düşərək ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date