Bakıda itkin düşən 15 yaşlı qız tapılıb - RƏSMİ

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb - RƏSMİ
# 14 yanvar 2020 18:28 (UTC +04:00)

Yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb.

Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR