Bakıda karantin qaydalarını pozan moda evi aşkarlanıb - FOTO - VİDEO

Bakıda karantin qaydalarını pozan moda evi aşkarlanıb - FOTO - VİDEO
# 13 yanvar 2021 16:44 (UTC +04:00)

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən moda evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 may küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR