Bakıda karantin rejiminə əməl etməyən çay evi aşkarlanıb, 17 nəfər cərimələnib - FOTO

Bakıda karantin rejiminə əməl etməyən çay evi aşkarlanıb, 17 nəfər cərimələnib - FOTO
# 07 iyul 2020 10:25 (UTC +04:00)

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR