Bakıda karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir - VİDEO

Bakıda karantin rejimini pozan şəxslərə qarşı tədbirlər davam etdirilir - VİDEO
# 06 aprel 2020 11:44 (UTC +04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Qeyd edək, Bakıda avtomobillərin yoxlanması üçün 40-a yaxın post qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR