Bakıda keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 5 kq narkotik götürülüb
  • Clock-gray 13:10
  • calendar-gray 21 Yanvar 2021

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Xətai Rayon Polis  İdarəsi  36-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər