Bakıda keçmiş məhkumdan narkotik götürülüb

Bakıda keçmiş məhkumdan narkotik götürülüb
  • Clock-gray 12:39
  • calendar-gray 08 Aprel 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər