Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb
# 22 fevral 2021 11:20 (UTC +04:00)

Bakıda keçmiş məhkumdan tapança götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Əliyevdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR