Bakıda keçmiş məhkumdan tapança götürülüb

Bakıda keçmiş məhkumdan tapança götürülüb
# 17 mart 2021 11:22 (UTC +04:00)

Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mikayılovdan “TT” markalı tapança, patron sandığı, 3 ədəd patron götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR