Bakıda kirayə qalan qızın mənzilindən oğurluq olub

Bakıda kirayə qalan qızın mənzilindən oğurluq olub
  • Clock-gray 09:25
  • calendar-gray 26 İyun 2020

Bakıda mənzildən oğurluq olub.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Ziya Bünyadov küçəsində  yerləşən mənzillərin birində kirayə yaşayan 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın mənzilindən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və  ümumi dəyəri 600 manat olan 2 ədəd mobil telefonı oğurlanıb. 

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

 

Səlcuq Elçin

Digər xəbərlər