Bakıda kirayə yaşadıqları mənzildə vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxılıb

Bakıda kirayə yaşadıqları mənzildə vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxılıb
# 05 dekabr 2019 14:33 (UTC +04:00)

"Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb".

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bu gün həmin tələbələr evə buraxılıblar.

Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal ryonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı KTM-ə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR