Bakıda kişi qayınanası tərəfindən döyülüb

Bakıda kişi qayınanası tərəfindən döyülüb
# 18 yanvar 2020 00:20 (UTC +04:00)

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb.

55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR