Bakıda küçəyə atılmış uşaq tapılıb

Bakıda küçəyə atılmış uşaq tapılıb
# 03 mart 2021 00:09 (UTC +04:00)

Bakıda kimsəsiz azyaşlı tapılıb.

APA xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.

Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə APA-ya bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.

Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR