Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb
# 11 fevral 2021 04:21 (UTC +04:00)

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Əhmədov Yusif Müşfiq oğlu dava zamanı qasıq nahiyəsindən bıçaqlanıb. Daha sonra 1998-ci il təvəllüdlü Sahil adlı şəxs (soyadı dəqiqləşdirilir) qarnının ön divarından bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti ağırdır. Hazırda hər ikisi cərrahi əməliyyat olunur.

Faktı Xəzər Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR