Bakıda mağaza və avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda mağaza və avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb
# 07 fevral 2020 10:30 (UTC +04:00)

Bakıda mağaza və avtomobil qarət edilib.

APA-nın məlumatına görə, yanvarın 17-də gecə saatlarında paytaxtın Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində naməlum şəxs Sevinc Əliyevaya məxsus mağazadan 224 manat pul və mobil telefon oğurlayıb. Eynilə, S.Axundov küçəsində Camal Şahbazova məxsus “NİVA” markalı avtomobilin kilidi qırılmaqla içərisindən maqintafon oğurlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş, Gəncə şəhər sakini, 18 yaşlı Sərdar Pənahov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR