Bakıda mağazadan 2 min manat dəyərində 21 telefon oğurlanıb

Bakıda mağazadan 2 min manat dəyərində 21 telefon oğurlanıb
# 31 mart 2020 12:47 (UTC +04:00)

Bakı şəhərinin mağazalarının birindən 2 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2 min manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A. Həsənov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR