Bakıda marketdən içində 9 min manat olan seyf oğurlanıb - VİDEO

Bakıda marketdən içində 9 min manat olan seyf oğurlanıb - VİDEO
  • Clock-gray 12:06
  • calendar-gray 12 Mart 2021

Bakıda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Dilqəm Kamalzadə tutulub. Araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib.

Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.

D.Kamalzadənin törətdiyi oğurluq marketdə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. D.Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.  Zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sail Ağasəlim

Digər xəbərlər