Bakıda marketdən oğurluq olub

Bakıda marketdən oğurluq olub
# 23 iyul 2020 09:39 (UTC +04:00)

Bakıda marketdən oğurluq edilib.

APA-nın məlumatına görə, iyulun 20-də, saat 16 radələrində rayonun Binə qəsəbəsindəki "Rahat" marketdən 450 manat dəyərində iki ədəd viski oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Mövsüm Aslanov və 22 yaşlı Kənan Zahirbəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR