Bakıda maşın iki piyadanı vurub, ölən var - YENİLƏNİB

Bakıda maşın iki piyadanı vurub, ölən var - YENİLƏNİB
# 05 dekabr 2019 15:33 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda piyadaların vurulması faktı ilə bağlı məlumat yayıb.

Baş İdarədən APA-ya verilən məlumatda qedy olunur ki, dekabrın 5-də saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə, 2001-ci il təvəllüdlü Əliyar Süleymanov hadisə yerində dünyasını dəyişib, digər piyada - 2004-cü il təvəllüdlü İsmayıl Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məlumatda həmçinin qeyd olunur ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri səbəb olub: “Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb. Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır”.

***

Saat 15:20

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətdən APA-ya verilən məlumata görə, gecə saat 01 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 2 nəfəri vurub və onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Piyadalardan biri xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR