Bakıda maşın oğurlayan şəxslər tutulub

Bakıda maşın oğurlayan şəxslər tutulub
# 04 dekabr 2019 12:21 (UTC +04:00)

Bakıda maşın oğurlanıb.

Daxili İşlər Nazilriyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR