Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
# 16 mart 2021 02:14 (UTC +04:00)

Bakının Xətai rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində bir otağın və dəhlizin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR