Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub
# 18 fevral 2020 14:32 (UTC +04:00)

Bakıda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb.

Yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR