Bakıda mebel sexində narkotik satan şəxs saxlanılıb

Bakıda mebel sexində narkotik satan şəxs saxlanılıb
# 01 iyun 2020 11:24 (UTC +04:00)

Bakıda narkotik alveri ilə məşğul olan şəxs tutulub.

APA-nın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elman Əliyevi saxlayıb.

Üzərinə baxış keçirilərkən ondan 1 kiloqram heroin, 0,480 qram marixuana, 0,508 qram tiryək və 0,629 qram metanfetamin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E. Əliyev narkotik maddələri paytaxtın Nəsimi rayonu ərazisində özünə məxsus mebel sexində satıb.

Araşdırmalar zamanı həmin sexdən narkotik vasitələrin satışı üçün elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR