Bakıda məhkuma tapança ilə 3 güllə vurulub - YENİLƏNİB

Bakıda məhkuma tapança ilə 3 güllə vurulub - YENİLƏNİB
# 23 fevral 2020 03:49 (UTC +04:00)

Bakının Binəqədi rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar müəyyən edilib.

APA-nın məlumatına görə, xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır.

***

Saat 23:22

Bakının Binqədi rayonunda silahlı insident hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.

Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək, xəsarət alan şəxs azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR