Bakıda minik maşını qəza törətmiş digər avtomobilə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

Bakıda minik maşını qəza törətmiş digər avtomobilə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO
# 18 oktyabr 2020 21:24 (UTC +04:00)

Axşam saatlarında Bakının Səbail rayonunda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Jurnalistlər Binasının qarşısında qeydə alınıb.

Belə ki, əvvəlcə hərəkətdə olan "Mercedes" və "Chevrolet" markalı avtomobillər toqquşub.

Daha sonra şəhər istiqamətində hərəkətdə olan Rasim Rzayev idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman sola dönmə əməliyyatı etmək istəyib. Bu zaman "Opel" toqquşan avtomobillərdən birinə çırpılıb. Daha sonra qarşıdan gələn və İqor adlı şəxsin idarə etdiyi "Mistubishi" markalı avtomobillə toqquşub.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Səbail rayon Polis İdarəsinin, DYP və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR