Bakıda mənzilə basqın olub

Bakıda mənzilə basqın olub
# 31 yanvar 2020 13:20 (UTC +04:00)

Bakıda mənzilə basqın edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Samux rayon sakini V.Rüstəmov yanvarın 27-də kirayədə yaşadığı mənzilə aldatma yolu ilə girmiş naməlum şəxsin ona bıçaqla xəsarət yetirib oradan 300 ABŞ dolları apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini C.Quliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR