Bakıda mənzildə 30 kq heroin aşkarlanıb

Bakıda mənzildə 30 kq heroin aşkarlanıb
# 14 aprel 2021 12:50 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini O.Səfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 104 qrama yaxın metamfetamin və narkotik maddələrin satışında istifadə edilən plastik bank kartı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Xətai rayonu ərazisində kirayədə yaşadığı mənzildən isə 28 kiloqram 790 qram heroin, 5 kiloqram 150 qram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik maddələrin satışından əldə olunan 1000 manat pul götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR