FHN ana və qızının meyitinin tapılması ilə bağlı məlumat yayıb

FHN ana və qızının meyitinin tapılması ilə bağlı məlumat yayıb
# 24 sentyabr 2020 20:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər. Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.

İlkin araşdırmalar zamanı hadisənin E.Cavadovanın nəvəsi Samir Cavadov tərəfindən törədildiyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR