Bakıda mənzildə köməksiz qalan kişinin öldüyü məlum olub

Bakıda mənzildə köməksiz qalan kişinin öldüyü məlum olub
# 03 aprel 2021 20:40 (UTC +04:00)

Bakıda qapısı bağlı qalmış mənzildə kişi meyiti aşkar edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Məmmədov Əfqan Qazəhməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR