Bakıda mənzildə meyit aşkar edilib

Bakıda mənzildə meyit aşkar edilib
  • Clock-gray 14:16
  • calendar-gray 15 Noyabr 2020

Bakıda mənzildə 52 yaşlı qadının meyiti tapılıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Yunusova Vlada İslamovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

apa-logo-mini

Digər xəbərlər