Bakıda mənzildə meyit aşkar olunub

Bakıda mənzildə meyit aşkar olunub
# 22 dekabr 2020 23:26 (UTC +04:00)

Bakıda qapısı bağlı qalmış məzildə meyit aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Allahverdiyev Adil Ağaəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR