Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
  • Clock-gray 17:50
  • calendar-gray 29 Sentyabr 2020

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,  çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Kiletiska Lolita Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Sail Ağasəlim

Digər xəbərlər