Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 19 noyabr 2020 12:02 (UTC +04:00)

Bakıda mənzildə kişi meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Cəfərov Emin Muradxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR