Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 26 noyabr 2020 12:45 (UTC +04:00)

Bakıda mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR