Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
  • Clock-gray 15:31
  • calendar-gray 09 Dekabr 2020

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Qasımov Nəsimi Şahlar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Sail Ağasəlim

Digər xəbərlər