Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 29 mart 2021 16:30 (UTC +04:00)

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR