Bakıda mənzildən 47 min manatlıq oğurluq olub

Bakıda mənzildən 47 min manatlıq oğurluq olub
# 02 sentyabr 2020 11:52 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R. Mikayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR