Bakıda mənzildən 8700 manatlıq oğurluq olub

Bakıda mənzildən 8700 manatlıq oğurluq olub
# 03 aprel 2020 11:53 (UTC +04:00)

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S. Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR