Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
# 30 yanvar 2021 12:46 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2300 manat pul və 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E. Tağızadə saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR